Haqqımızda
Həll tərəfdaşınız
«Nur Kauçuk» şirkəti EPDM, NITRIL, NEOPREN, NR (Natural Rubber), SBR və SILIKON materiallarından rezin kipləşdiricilər istehsalı ilə məşğuldur. Yüksək keyfiyyət siyasəti sayəsində «Nur Kauçuk» öz sahəsinin liderləri arasında tez bir zamanda özünü yaxşı tərəfdən göstərmiş və hal-hazırda yeni və müasir texnologiyalarla təchiz olunmuş istehsalatda keyfiyyətli rezin bərkidiciləri istehsal etməyə davam edir.
Şirkətimiz kauçukdan ekstruziya və inyeksiya metodu ilə fərqli məhsullar istehsal edir. Məhsullarımız avtomobil, tikinti, məişət, gəmiqayırma, maşınqayırma, pəncərə və digər sahələrdə geniş tətbiq olunur. İstehsal sahəsi 2500 m², Azərbaycanda tamamilə inteqrasiya olunmuş struktur olaraq ümumi sahə isə 10.000 m² təşkil edir.
Məhsullarımızın fərqləndirici cəhəti odur ki, onlar müştərilərin fərdi sifarişlərinə uyğun işlənilir və hazırlanır. Sizin və istehsal etdiyiniz məhsul üçün fərdi olaraq istənilən piltə və bərkidiciləri hazırlaya bilərik. Müasir idarəetmə sistemləri sayəsində şirkətimiz istehsal müddətini xeyli sürətləndirərək qəbul olunan sifarişləri daha operativ yerinə yetirir.
İstehsal göstəricilərimiz
3–4 ton
Günlük istehsal həcmi.
100–120 ton
Aylıq istehsal həcmi.
200–300 ton
Maksimum aylıq istehsal gücü.
Missiya
Bazar rəqiblərini və məhsulları izləyərək məlumatları səmərəli toplamaq, müştərilərlə əlaqəni qoruyaraq maksimum faydanı təmin etmək.
Vizyon
Müştəri tərəfdaşları ilə birlikdə qlobal inkişafları yaxından izləyən, yeniliklərdən öyrənən, daim yenilənən və təkmilləşmələri reallaşdıran təşkilat olmaq.
Keyfiyyət Siyasəti
Keyfiyyət idarəetmə sistemlərini və insan resurslarını inkişaf etdirərək məhsul və xidmətlərimizin keyfiyyətini artırmaq.