Nur Kauçuk” şirkəti EPDM-NITRIL-NEOPREN-NR (Natural Rubber) – SBR və SILIKON materiallarından rezin kipləşdiricilər istehsalı ile məşğuldur. Yüksək keyfiyyətli siyasət sayəsində, “Nur Kauçuk” öz sahəsinin liderləri arasında tez bir zamanda özünü yaxşı tərəfdən göstərmiş və hal-hazırda yeni ve müasir texnologiyalarla təchiz olunmuş yerdə keyfiyyətli rezin bərkidiciləri istehsal etməyə davam edir. Bizim şirkətimiz kauçukdan ekstruziya və inyeksiya metodu ilə fərqli məhsullar istehsal edir. Şirkətin məhsulları, avtomobil, tikinti, məişət, gəmiqayırma, maşınqayırma, pəncərə və digər sahələrdə geniş tətbiq olunur. İstehsal sahəsi 2500 m2 təşkil edir və Azərbaycanda tamamilə inteqrasiya etmiş struktur olaraq ümumi sahəsi 10.000 m2 təşkil edir. Məhsullarımızın fərqləndirici cəhəti odur ki, məhsullarımız müştərilərin fərdi sifarişlərinə uyğun işlənilir və hazırlanır. Biz sizin və sizin istehsal etdiyiniz məhsul üçün fərdi olaraq, istənilən piltələr ve bərkidiciləri hazırlaya bilərik. Müasir idarəetmə sistəmləri sayəsində şirkətimiz istehsal müddətini xeyli sürətləndirərək, qəbul olunan sifarişləri daha operativ yerinə yetirir.
- Gündəlik istehsal həcmi 3 – 4 ton.
- Aylıq istehsal həcmi 100 – 120 ton.
- Ayda 200 – 300 ton məhsul istehsal etmək imkanımız var.
Missiya
İnkişafa açıq olan rəhbərliyimiz, məhsullarımızı və bazardakı rəqiblərimizi gənc və dinamik heyətimizlə yaxından izləyir, məlumatları ən yaxşı şəkildə toplamaq, daxili koordinasiya və əlaqəni inkişaf etdirməklə toplanan məlumatlara qərar vermək və müştərilərimizlə təsirli ünsiyyət və məlumat mübadiləsi edərək ən yüksək fayda təmin etmək.
Gələcəyə Baxış
Müştərilərimiz və həll tərəfdaşlarımızla yaratdığımız etimad çərçivəsində dünyadakı inkişaf və meylləri yaxından izləyərək ilkləri öyrənən, daim yeniləyən və reallaşdıran bir təşkilat olmaq.
Keyfiyyət siyasətimiz
Daxili və xarici müştəri yönümlü bir qurum olmaq hədəfinə uyğun olaraq keyfiyyət menecmenti sistemini, iş proseslərini və onları həyata keçirən insan resurslarını inkişaf etdirərək məhsul və xidmətlərimizin keyfiyyətini artırmaq.